Türkiyə Qara dənizdə yeni yataqlar kəşf edib - VİDEO
Türkiyə Qara dənizdə yeni yataqlar kəşf edib
Bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, Qara dənizdə əvvəllər kəşf olunmamış ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir və dənizin dibindən gələn qazın 2023-cü ilin birinci rübündə Türkiyədəki istifadəçilərə çatması gözlənilir:
"Qara dənizdə Sakarya yatağına bitişik ərazidə qazma kəşfiyyat işlərinə hazırlıq gedir. Ümid edirəm ki, 2022-ci ildə xalqa daha bir şad xəbəri çatdıra bilərik".deyə nazir bildirib.
Qeyd edək ki, "Fatih" qazma gəmisi indiyədək Qara dənizdə 540 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu