Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir
Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havadan və məsafədən atlanma üzrə təlim keçilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimə aid Türkiyə MN-nin Twıtter səhifəsində yer alan videogörüntü “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.
Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Noyabrda yay havası – Dəyişkən temperatur sağlamlığımıza necə təsir edir?
Elm və təhsil nazirinin müavini valideynlərə müraciət etdi: “Məktəbin qaydalarına...”
Media və Yayım Şurası açıqlama yaydı