Bank Of Baku

Türkiyədə bu gün koronavirusdan 22 nəfər ölüb

# 22:34
20 iyun 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4927 nəfər ölüb, 186493 nəfər bu infeksiyaya yoluxub, 158828 nəfər isə müalicə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR