Türkiyədə COVID-19-dan 164 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 164 nəfər ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 862 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 905, ağır xəstələr isə 2183 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 392 963 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 270 769 nəfər sağalıb, 24 161 nəfər isə ölüb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU