Türkiyədə daxili işlər nazirinin qohumunu güllələdilər
Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez (59) Trabzonun Of rayonunda silahlı hücum nəticəsində həyatını itirib. APA TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum edən Fatih adlı şəxs artıq saxlanılıb.Hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.
Daxili İşlər Naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmezlə Fatih arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddətdə döyüşə çevrilən hadisədə Fatih belindən çıxardığı tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Dönmez hekimlerin seyine baxmayaraq heyatini itirib. Hadisədən sonra Fatih əlindəki silahla polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu