Türkiyədə imtahan suallarını satan azərbaycanlılar tutuldu
Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahan suallarını 2-3 min dollar müqabilində satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Onlar arasında azərbaycanlılar da var.
APA TV xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, Ankara Baş Prokurorluğu 6 nəfəri şübhəli şəxs kimi saxlayıb.
Saxlanılanlar İran və Azərbaycan əsilli şəxslərdir.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı 18 SAT sual kitabçası və çox sayda elektron materiallar aşkarlanıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu