Türkiyədə meşə yanğınları nəzarətə alındı
Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan şiddətli meşə yanğınları artıq tam olaraq nəzarətə alınıb.
Qeyd edək ki, Muğlada başlayan yanğınlar ümumilikdə 4 500 hektar ərazini əhatə edib.
Yanğınlar xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə olunub.
Yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu