Türkiyədə meşə yanğınları: Yeni görüntülər

# 12:41
24 iyun 2022

 

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda artıq bir neçə gündür meşə yanğınları davam edir. APA-nın yerli bürosu xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişcinin sözlərinə görə, yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə xeyli sayda helikopter, təyyarə, yanğınsöndürən maşın, su tankeri, eyni zamanda, meşə mühafizəsi xidmətinin əməkdaşları və müxtəlif təşkilatlara məxsus texnikalar cəlb olunub. Diqqətə çatdırılıb ki, artıq Qətərdən 3 helikopter, Azərbaycandan isə amfibiya təyyarəsi yanğınlarla mübarizə tədbirlərinə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR