Türkiyədə meşəni kim yandırıb? – İnanılmaz səs yazısı
Türkiyənin Antalya şəhərinin Manavqat və Akseki bölgələrində meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yerli mətbuatın yazdığına görə, sevgilisinin səs yazısını polisə təqdim edən qadın onun 1000 lirə qarşılığında meşələri yandırdığını və əlavə olaraq 250 lirə də ödənildiyini deyib.
O polisə açıqlamasında qeyd edib ki, bu barədə Ali adlı sevgilisi özü ona məlumat verib.
Onun sözlərinə görə, meşəni yandırmaq üçün Aliyə ödəniş edən şəxslər tapşırıblar ki, saxlanılacağı təqdirdə içki aludəçisi və ya narkotik asılılığı olduğunu desin.
Saxlanılan şəxs isə haqqında söylənilən ittihamları rədd edib. O həmin günlə bağlı heç bir şey xatırlamadığını, əslində tamam başqa ərazidə olduğunu söyləyib. Polis araşdırmalarından isə məlum olub ki, Ali yanğın baş verən gün ərazidə olub.
Hazırda təqsirləndirlən şəxsin kimlərlə əlaqədə olması, tapşırığı kimlərdən alması ilə bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu