Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək
Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu