Türkiyədəki zəlzələ Azərbaycanın mənzil bazarına necə təsir edib?

# 18:55
16 fevral 2023

Türkiyədə baş verən zəlzələdən sonra insanların bina evləri ilə bağlı qorxuları da artıb. Bu vəziyyət isə ölkəmizin daşınmaz əmlak bazarında yeni gözləntilər meydana gətirib. Bundan sonra bazarda çoxmərtəbəli mənzillərə tələbatın azalacağı, fərdi yaşayış evlərinin qiymətinin və tələb statistikasının artacağı düşünülür.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə hər ilin aprel-may aylarından başlayaraq, sentyabr aylarına qədər fərdi yaşayış evləri üçün müraciətlərin sayı çox olur.

Onun sözlərinə görə, Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışı olmayan həyət evləri var ki, həmin evlər ipoteka və digər kreditli şərtlərə düşə bilmir. Bu isə vətəndaşlar üçün əlverişli hal deyil.

Ekspert qeyd edib ki, ölkəmizdə olan tikililər yaşayışdan öncə yoxlanılır və 80%-i təhlükəsizlik cəhətdən müsbət rəylə qiymətləndirilir.

 

Alqı-satqı ilə məşğul olan Qüdrət Hüseynov isə bildirib ki, həyət evləri üçün müraciət edənlərin sayı çox olsa da, buna səbəb Türkiyədə baş verən zəlzələ deyil.

Vasitəçi onu da bildirib ki, həyət evlərinin qiymətlərində heç bir artım yoxdur və hələ ki, bu ehtimal gözlənilən deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR