Türkiyədən Ermənistanla bağlı TARİXİ QƏRAR
“Regionda Ermənistanla son zamanlar etimadı artıran əlaqələrimiz davam edir. Birbaşa əlaqələrimiz üçün qarşılıqlı xüsusi nümayəndələrimizi təyin etdik və ən qısa zamanda xüsusi nümayəndələrimiz bir araya gələcək”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O deyib ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq: “Daha öncə “Atlas Global” şirkətləri uçuşları təmin edirdi, hazırda bəzi şirkətlərin müraciətləri olub. Nəqliyyat və İnfrastruktur Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi ilə bərabər bu istiqamətdə fəaliyyətləri davam edir, bu müraciətlərə baxılır”.
M.Çavuşoğlu bir daha vurğulayıb ki, Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib