Türkiyəli iş adamından şəhid övladları üçün yeni layihə
Azərbaycan sevdalısı, türkiyəli iş adamı Sabahattin Civelek Şuşaya səfər edib. Mədəniyyət paytaxtı olan Şuşa şəhərini gəzən iş adamı Cıdır düzündə olub.
Sabahattin Civelek deyir ki, birlik və bərabərlik sayəsində Türkiyədəki zəlzələnin yaratdığı dağıntı, qəlbimizə vurduğu ağrı-acının öhdəsindən gələcəyik. Azərbaycanda isə ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələrini bərpa edəcəyik. Onun ən böyük layihəsi isə atalarını itirən şəhid övladları ilə bağlıdır.
Qeyd edək ki, türkiyəli iş adamı Sabahattin Civelek Azərbaycanda köhnə “VAZ-2107”si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən Sərvər Bəşirliyə əvvəlcə maşın hədiyyə etməsi, sonra isə evinin tikinti işlərinin xərcini öz üzərinə götürməsi ilə tanıdı. Elə iş adamının Şuşaya səfəri də Sərvər Bəşirlinin ailəsinə qonaq olduqdan sonra baş tutub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub