Türkiyəli məşhur aktrisanı elə soydular ki, xəbəri belə olmadı
Türkiyəli aktrisa Ayşə Tolqanın evindən oğurluq edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa evində xadimə işləyən xanımı qonşusuna məsləhət gördükdən sonra onun dələduzluq etdiyi aşkarlanıb.
Qonşusu Tolqaya zəng edərək xadimənin evindən oğurluq etdiyini bildirib.
Şübhələnən aktrisa zinət əşyalarını yoxlayıb və onların da oğurlandığını görüb. O, dərhal polisə şikayət edib və 1 milyon dəyərində zərəri olduğunu bildirib.
Aktrisanın 100 min lirəlik qızıl bilərziyi, 100 min lirəlik yaqut boyunbağısı, 250 minlik brilyant boyunbağısı, 500 minlik qızıl boyunbağısının oğurlandığı qeydə alınıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu