Türkiyəli səyyahlar Xudafərin körpüsündə olublar
Türkiyə Səyyahlar Klubunun üzvlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
APA TV-nin Qarabağ bürosu xəbər verir ki, bu gün Cəbrayıl rayonuna gələn türkiyəli səyahətçilər Xudafərin körpüləri ilə də tanış olublar.
Qonaqlara Araz çayı üzərində inşa olunan körpülər barədə məlumat verilib. Bildirilib ki, unikal memarlıq abidəsi olan Xudafərin körpüsü Azərbaycan memarlıq məktəbinə uyğun tikilib.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib