Türkiyənin F-16 təyyarələri Azərbaycanda – TURAZ QARTALI – 2020-DƏ İŞTİRAK EDƏCƏKLƏR
“TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğulayaraq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi