Türkiyənin göndərdiyi iki təyyarə Ukraynanı tərk edə bilmir
24 fevral axşamı iki A400M təyyarəsi Türkiyədən Ukraynaya göndərilib.
APA TV-nin NTV-yə istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Oraya çatdıqdan sonra hava məkanının bağlanmasına görə Borispol Hava Limanında iki təyyarəmiz gözləməkdədir. Bu mövzuda həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslarımız davam edir”, - deyə nazir vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi