Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.
APA TV yerli mətbuata istinadən xəbər verir ki, 73 yaşlı M. Yılmaz bu gün dünyasını dəyişib.
Ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət idi ki, müalicə olunurdu.
Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.
O, Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik