Türkiyənin zərərləri hesablandı: İnanılmaz rəqəmlər…

# 17:31
13 fevral 2023

Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.

Bu barədə “Bloomberg” agentliyi məlumat verib. Bildirilib ki, Sahibkarlar Konfederasiyasının və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Qeyd olunub ki, əlavə olaraq, əmək itkiləri Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq. Bu rəqəmlər arta da bilər. Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərində 7,7 və Elbistan ərazisində 7,6 maqnitudalı iki zəlzələ olub. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, minlərlə bina dağılıb və on minlərlə insan vəfat edib. Qeyd edək ki, Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR