“TurkoVac”ın təcili istifadəsinə icazə verildi

# 16:19
22 dekabr 2021

“Bu gün Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TurkoVac” peyvəndimiz təcili istifadə üçün təsdiqlənib”.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

 

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə - 10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR