“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
"Twitter"in onlayn fəaliyyətini təmin edən bəzi kodlar internetə sızdırılıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Şirkət bununla bağlı Kaliforniya məhkəməsinə sənədlər təqdim edib. Sənədlərdə kodların "Microsoft"a məxsus kod və proqram təminatı platforması "Github"da yayımlandığı bildirilib.
İlon Mask sahibi olduğu "Twitter"in kodlarını sızdıran şəxsin kimliyinin açıqlanmasını tələb edir.
Dosyedə kodu sızdıran şəxsin ləqəbinin "İfadə azadlığı sevdalısı" mənasını verən "FreeSpeechEnthusiast" olduğu bildirilib.
"Github" cümə günü "Twitter"in tələbi ilə kodu platformadan çıxardığını açıqlayıb.
Martın 24-də məhkəməyə edilən müraciətlə bağlı "Twitter" açıqlama verməyib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib