Üç qardaşdan biri şəhid oldu – şəhid Rəşad Hüseynovun döyüş tarixçəsi

# 17:09
3 oktyabr 2023

Ürəyində olan vətən sevgisi onu da şəhidlik zirvəsinə ucaldı. Rəşad Rəhim oğlu Hüseynov da Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdəndir. Daxili Qoşunların Polkovnik-leytenantı şəhid Rəşad Rəhim oğlu Hüseynov 1980-ci ildə Şirvan şəhərində anadan olub. 1995-1998-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 98-ci ildə Ali Hərbi məktəbə daxil olub və 2002-ci ildə oranı bitirib. Daxili qoşunların tədris mərkəzində dinləyici kursunu bitirdikdən sonra daxili qoşunlarda müxtəlif vaxtlarda tabor komandiri, qərargah rəisi kimi müxtəlif vəzifələrdə çalışıb. Qüsursuz xidmətlərinə görə medallarla çoxsaylı təltifləri olub. Rəşadgil ailədə 3 qardaş olublar. Qardaşı Anar Hüseynov da hərbi qulluqçudur. Şəhidimizin 2 qız övladı var - 14 yaşlı Rəşidə və 9 yaşlı Xədicə. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR