Üç qızı vardı, üçəm də dünyaya gətirdi, amma böyütməyə gücü çatmır - APA TV

# 15:29
23 noyabr 2022

Şəmkirdə üçəm dünyaya gətirən ana övladlarının gəlişi ilə artan qayğılara, yaranacaq maddi xərclərə görə narahatdır. 

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Dəllər Cırdaxan kənd sakini Günel Məmmədova 6 qız anasıdır. 30 yaşlı ana Gəncə Regional Perinatal Mərkəzdə hamiləliyin 31-ci həftəsində 3 qız övladı dünyaya gətirib. Ailə növbəti uşaqlarının oğlan olacağını gözləyirmiş.

 

Doğuş təbii yolla olsa da uşaqlar nəzərdə tutulan müddətdən tez dünyaya gəlib və bir müddət həkim nəzarətində saxlanılıb.

 

Uşaqların sayının 6-ya çatması valideynləri indidən narahat etməyə başlayıb. Günel Məmmədova uşaqlarının gələcəyi üçün dövlətdən dəstək istəyir.

 

Məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili münasibət bildirib. O deyib ki, ailə həm birdəfəlik, həm də daimi müavinət almaq hüququna malikdir.

 

Rəşad Mehdili onu da qeyd edib ki, qeyd olunan ödənişlərdən başqa ailə ünvanlı dövlət sosial yardım hüququnun yoxlanılması üçün elektron qaydada müraciət edə bilər.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR