Ucar sakininin evi yandı

# 15:19
4 aprel 2023

Ucarda fərdi yaşayış evi yanıb.

Hadisə bu gün rayonun Boyat kəndində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Cümşüd Məmməd oğlu İsrafilova məxsus ümumi sahəsi 120 kvm olan,  4 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon  Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub.

Yanğınsöndürənlərin səyi nəticəsində həyətdə olan digər ev yanğından mühafizə olunub. Ev sahibinin anası, 1960-cı il təvəllüdlü Rəhilə Əbləsən qızı  İsrafilovanın yanğın zamanı halı pisləşib. Hadisə yerinə Ucar Rayon Təcili tibbi yardımın həkimləri cəlb olunub və zərərçəkənə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR