Ucarda 2 fərdi yaşayış evində yanğın baş verib
Ucarda eyni vaxtda 2 fərdi yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, gecə saatlarında rayonunun Vidadi küçəsində 1958-ci il təvəllüdlü Teyubə İbrahim qızı Əhmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 300 kvadrat olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Ucar və Göyçay Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 120 kvadrat metri yanıb.
İkinci yanğın hadisəsi 28 may küçəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Maqnet Mövsüm oğlu Quliyevə məxsus 1 mərtəbəli, ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Fakt araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri