Ucarda əməliyyat: Keçmiş məhkumlar tutuldu

# 12:59
9 aprel 2022

Ucarda narkotiklərin satışında şübhəli bilinən iki nəfər və oğurluqda şübhəli olan bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən Səfər Əliyev və Mirqədir Qasımov yaxalanıb.

Saxlanılan zaman Səfər Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin,  Mirqədir Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov da saxlanılıb.

Hər üç şəxs bundan əvvəl də məhkumluq həyatı yaşayıblar. Faktlarla bağlı cinayət işi açılıb.

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR