Ucarda fərdi yaşayış evi yanıb
Ucar rayonunun Oğuz küçəsində gecə saatlarında rayon sakini Rafiq Musa oğlu Musayevə məxsus 1 mərtəbəli 3 otaqdan ibarət, ümumi sahəsi 150 kvadrat olan fərdi yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, əraziyə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin 25 kvadrat metri əşyalarla birlikdə tamamı ilə yanıb. Yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU