Ucarda güclü külək fəsadlar törədib
Ucarda güclü külək fəsadlara səbəb olub.
Bu gün gündüz saatlarından etibarən əsməyə başlayan külək rayonun Heydər Əliyev prospektində, Elnur Hacıyev və Azərbaycan küçəsində bir neçə şam ağacını aşırıb.
H. Əliyev prospektində aşan iri gövdəli ağac avtomobil yolunun hərəkət hissəsini tamamilə kəsib. Aidiyyəti qurumlar tərəfindən ağac ərazidən götürülüb, yol açılıb. Bundan əlavə, 3 saata yaxın davam edən güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib.
Yerli idarədən verilən məlumata görə, bir neçə ərazidə ağacların naqillərin üzərinə aşması nəticəsində qırılmalar baş verib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, hazırda rayonun bir çox yaşayış ərazisində elektrik təchizatı müvəqqəti dayandırılıb.
Zahid Abışov, Devran Əsgərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu