Ucarda iki avtomobil toqquşub - 4 NƏFƏR XƏSARƏT ALIB
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Anar Faiq oğlu Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Göyçay rayon sakini, 1997-ci il təvəllüdlü Elçin Rafiq oğlu Tanrıverdiyevin idarə etdiyi "VAZ-21099" markalı maşın toqquşub. Nəticədə "VAZ-21099" un sürücüsü Elçin Tanrıverdiyev, onun həmyerliləri- 1973-ci il təvəllüdlü Nəzakət Soltan qızı Hacıyeva, 1976-cı il təvəllüdlü Rahib Məcnun oğlu Süleymanov və "VAZ-2107"in sürücüsü Anar Süleymanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi