Ucarda məzun qəza törətdi

# 18:38
14 iyun 2023

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib. Hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-ci il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə sürücü, Nüsrət Qasımov, onun sərnişini, 2002-ci il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR