Ucarda taksilər rayon mərkəzindən bu kəndə 20 manata gedir
Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər deyir ki, yaz-yay aylarında sevinirik ki, palçıqdan canımız qurtarır. Payız-qış aylarında da sevinirik ki, toz-torpaqdan xilas olduq.
Bir sözlə ilin bütün fəsillərində kənd yolu sakinlərə qan uddurur. Az məsafəli yolu taksilər hörmətə 20 manata gəlirlər.
Məsələyə münasibət bildirən Yuxarı Şilyan kənd bələdiyyəsinin sədri Vilayət Məmmədov yanarmış problemdən xəbərdar olduqlarını bildirdi. O, qeyd etdi ki, 200 təsərrüfatın istifadə etdiyi yolun uzunluğu 1,5 kilometrdir.
Yararsız kənd yolunun çətin vəziyyətə saldığı sakinlər indi səbirsizliklə yolun təmir olunacağı günü gözləyirlər.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub