Ucarda zəncirvari qəza baş verdi
Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
hadisə bu gün səhər saatlarında rayonun, şəhid Elnur Hacıyev küçəsində qeydə alınıb. "VAZ-2106", "VAZ-2107" və "KİA" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən avtomobildə olan yanacaq yolun hərəkət hissəsinə dağılıb. Hadisə yerinə FHN-nın Ucar rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yol təmizlənib.
Hadisə nəticəsində, rayonun Qazıqumlaq kənd sakinləri, 1959-cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu