Ucarlılar illərdi bu problemin həll yolunu tapa bilmir

# 17:46
10 yanvar 2023

Ucarda hər il sahibsiz itlərin sayı artır.

Rayon mərkəzində günü-gündən vəziyyət çətinləşir. Zibillik ərazilərində və məktəb həyətinə yığışan itlərin qorxusundan uşaqlar məktəbə gedib-gələ bilmirlər.

Vətəndaşlar problemlə bağlı hansı quruma müraciət etməli olduqlarını müəyyənləşdirməkdə çətinliklə üzləşiblər. Çünki hansı quruma müraciət edirlərsə qurum ya cavab vermir, ya da “məsələyə biz cavabdeh deyilik”-deyə cavab verirlər.

Yaranmış problemə münasibət bildirən şəhər icra nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, sakinlər haqlıdırlar. O, qeyd etdi ki, nəinki Ucarda hətta yaxın rayonlarda belə heyvanların reabilitasiya mərkəzi yoxdur: “Sahibsiz heyvanların öldürülməsinə isə icazə verilmir. Bu səbəbdən də yaranmış problemin həlli istiqamətində heç bir iş görə bilmirik. Əgər rayonda reabilitasiya mərkəzi yaradılsa biz həmin mərkəzə heyvanların təhvil verilməsini təmin edə bilərik.  Bütün bunlara baxmayaraq bu məsələ rayon rəhbərliyinin diqqətinə çatdırılacaq”- deyə icra nümayəndəsi qeyd etdi. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR