Ucqar kəndlərdə yeni sistem qurulur – APA TV
Naxçıvan Muxtar Respublikasında genişzolaqlı internet şəbəkəsinin tətbiqi üçün avtomat telefon stansiyalarında tələbata uyğun system qurulur. APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində və kəndlərdə də telekommunikasiya sistemlərinin qurulması, əhalinin dayanıqlı rabitə və yüksəksürətli internet xidmətlərilə təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində, Culfa, Ordubad və Kəngərli rayonlarının bir sıra kəndlərində avtomat telefon stansiyalarının gücü artırılıb. Digər bölgələrdə də sakinlərin dayanıqlı rabitə və internet xidmətlərilə təmin olunması üçün mövcud avtomat telefon stansiyalarının şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu