UEFA Azərbaycan yığmasına texniki məğlubiyyət verdi – APA TV
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib. Komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan oyun zamanı Azərbaycan yığmasının UEFA İntizam Qaydasını pozmasıdır.
Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Amma söhbət baş məşqçinin həmin qarşılaşmada yığmamızın heyətində meydana çıxmaq icazəsi olmayan braziliyalılar – Vilela və ya Amadeudan istifadə etməsindən gedir.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu