Ukrayna bayrağını görən Papa görün nə etdi
Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, Papa Fransisk bu gün Vatikanda auditoriya qarşısında keçirdiyi görüş zamanı qətliamı qınayaraq Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb.
“Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”, - deyə Papa bildirib.
Papa Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib