Ukrayna bu yaşayış məntəqələrini geri qaytardı / Rusiya-Ukrayna savaşı
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsini azad edib.
APA TV xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.
"Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorye, Koçubeevka, Orlovo əraziləri azad edildi", - deyə məlumatda qeyd olunub.
Bundan başqa Ukrayna ordusu qənimət olaraq tam döyüş komplekti ilə birlikdə T-64 tankı, PDM-2, BMD-2, ZU-2M ələ keçirib.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq