Ukrayna əlavə qüvvə gətirdi, hücum başladı
Ukrayna ordusu Baxmutdakı qüvvələrini Kupyansk və Krasnolimansk istiqamətinə göndərib.Bunu Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko deyib.
Maroçko eyni zamanda qeyd edib ki, Ukrayna hərbi komandanlığı Svatovo istiqamətinə ağır texnika və canlı qüvvə yığır.“Svatovo istiqamətində döyüşlər gedir, Ukrayna ordusu tərəfindən hücumlar qeydə alınır”, - Maroçko bildirib.
“Dxr”in separatçı lideri Denis Puşilin isə bildirib ki, Ukrayna ordusu Marinka istiqamətinə ehtiyat qüvvə toplayır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu