“Ukrayna Gürcüstan rəhbərliyinin bəyanatlarını rədd edir”
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Vladimir Zelenskinin Tbilisidəki etirazları dəstəkləməsi ilə bağlı Gürcüstan rəhbərliyi tərəfindən verilən bəyanatları rədd edib.
APA-nın məlumatına görə, bu barədə nazirliyin sözçüsü Oleq Nikolenko bildirib.
Nikolenko qeyd edib ki, Gürcüstan hakimiyyətinin nümayəndələri Ukraynanı Gürcüstanda dövlət çevrilişi hazırlamaqda, onu Rusiya ilə müharibəyə sürükləməkdə, vətəndaş müharibəsini qızışdırmaq üçün Gürcüstana qüvvələr göndərməkdə ittiham ediblər: “Biz reallıqla heç bir əlaqəsi olmayan bu cür iddiaları qəti şəkildə rədd edirik”.
XİN sözçüsü Gürcüstan hakimiyyətinin adını çəkmədən vurğulayıb ki, Ukrayna xalqı gürcü xalqının dostu olub və olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu