Ukrayna Müdafiə Nazirliyi: Kiyevin şimalında döyüşlər gedir
Ukrayna Müdafiə Nazirliyi Kiyevin şimalında, Obolon rayonu ərazisində döyüşlərin getdiyini açıqlayıb.
APA Nazirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, şəhərə Rusiyanın kəşfiyyat-diversiya qruplarının daxil olduğu açıqlanıb.
Nazirlik əhalidən evdən çıxmamağı xahiş edib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyaka isə Rusiya ilə Ukraynanın neytral status alması barədə danışıqlara hazır olduğunu açıqlayıb.
“Ukrayna danışıqlar üçün həmişə imkanlar saxlayıb və saxlayacaq. O cümlədən Rusiyanın hərbi müdaxiləyə başladığı bu məqamda da. Müharibəni dayandırmaq lazımdır”, - deyə Podolyaka deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu