Ukrayna-Rusiya müharibəsi nə qədər sürəcək? - MAKRONDAN PROQNOZ
Fransa Prezidenti Emmanuel Makron Ukrayna ilə Rusiya arasında müharibənin davam edəcəyi və onun nəticələri barədə xəbərdarlıq edib.
APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, Makron bu barədə Fransanın illik kənd təsərrüfatı sərgisində yerli fermerlərlə görüşündə deyib.
“Sizə deyə biləcəyim tək şey budur ki, bu müharibə davam edəcək və onunla gələn bütün böhranların qalıcı nəticələri olacaq. Biz bunlara hazır olmalıyıq”, - deyə Makron xəbərdarlıq edib.
Müharibənin Avropaya qayıtdığını deyən Makron qeyd edib ki, Fransa hökuməti dayanıqlılıq planı hazırlayır və fermerləri təzyiqlərindən qorumaq və itirilmiş gəlirləri kompensasiya etmək üçün tədbirlər görüləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu