Ukrayna-Rusiya müharibəsində azərbaycanlılar bir-birini öldürür - Qanun dəyişə bilər

# 15:59
7 dekabr 2022

Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib.

 

Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə və insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, insan hüquqlarından danışırıqsa, ilk olaraq 30 ilə yaxın məcburi köçkün olmuş vətəndaşlarımızı yada salmalıyıq: “İnsan hüquqlarından danışanda biz 30 ilə yaxın məcburi köçkün olmuş vətəndaşlarımızı yada salmalıyıq, onlar barəsində düşünməliyik. Biz daha çox fərdlərin hüquqlarından danışırıq amma milyondan artıq məcburi köçkün və qaçqın da olmuşdu. Onların hüquqları bu 30 il ərzində necə təmin olunmuşdu? Hansı mexanizmlər olmuşdu? Bəzən desələr də ki, prokurorluq cinayət təqibi orqanıdır, xeyr, prokurorluq eyni zamanda dövlətin ictimai maraqların, vətəndaşların hüquqlarının qorunması təminatçısı rolunda da çıxış edir. Bu baxımdan biz prokurorların da üzərinə də böyük məsuliyyət düşür”.

 

Daha sonra deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc isə Ukrayna müharibəsinə qoşulan azərbaycanlılar barəsində hüquqi tədbirlərin aydınlaşdırılmasını təklif edib: “Xarici ölkələrdə silahlı hərbi birləşmələrin tərkibində  iştirak  muzdlu fəaliyyət terror əməli kimi tövsif olunursa biz nizami orduya yaxud dövlətin təşkil etdiyi yeganə birləşmələrə cəlb olunan adamların ölümünə göz yummamalıyıq. Fərqi yoxdur səngərin hansı tərəfindəsən ,gerçəklikdə qardaş qardaş ilə döyüşür. Ukrayna müharibəsində həyatını itirənlərin sayı 9-a çatır. Sıralarımızdan gedən insanlarla bağlı yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var”.

 

Daha sonra tədbirdə Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti, insan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin, İnsan hüquqlarının müdafiəsi sahəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, eləcə də uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu mövzularında çıxışlar edilərək, ətraflı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR