Ukrayna Rusiyanı bu planla çaşdıracaq
Rusiyanın Belqorod vilayətində baş verən hadisələr Ukraynanın əks-hücumdan əvvəl formalaşdırılan əməliyyatlarının davamı ola bilər. Yaxın gələcəkdə bir sıra aldadıcı manevrlər müşahidə olunacaq.
Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Mark Gertlink deyib.
“Reydlər düşmənin planlarını pozan və çaşqınlıq yaradan qəfil hücumlardır. Bütün bunlar əsas hücumun harada olacağı ilə bağlı düşməni çaşdırmaq üçün adətən iri hücum əməliyyatlarından əvvəl həyata keçirilən hərbi plan və hərəkətlərdir”, - Gertlinq bildirib.
Qeyd edək ki, ötən gün Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası Azad Rusiya Legionu ilə birlikdə Belqoroda daxil olub. Nəticədə diversantlar Qrayvoron şəhərini ələ keçiriblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib