Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
Ukraynada gedən döyüşlərdə Rusiya ordusunun ümumi itkiləri açıqlanıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Rusiya müharibə başlayandan bu günədək 15 800 nəfər canlı qüvvəsini itirib. Bundan başqa, 530 tank, 1597 zirehli döyüş maşını, 280 artilleriya sistemi, 47 Hava hücumundan müdafiə sistemi, 108 təyyarə, 124 helikopter, 1033 avtomobil texnikası, 4 gəmi/qayıq, 72 yanacaq və sürtkü yağları olan çən, 50 pilotsuz uçuş aparatı, 16 xüsusi texnika Ukrayna ordusu tərəfindən məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu