Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

# 13:52
24 mart 2022

Ukraynada gedən döyüşlərdə Rusiya ordusunun ümumi itkiləri açıqlanıb.

 

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilir ki, Rusiya müharibə başlayandan bu günədək 15 800 nəfər canlı qüvvəsini itirib. Bundan başqa, 530 tank, 1597 zirehli döyüş maşını, 280 artilleriya sistemi, 47 Hava hücumundan müdafiə sistemi, 108 təyyarə, 124 helikopter, 1033 avtomobil texnikası, 4 gəmi/qayıq, 72 yanacaq və sürtkü yağları olan çən, 50 pilotsuz uçuş aparatı, 16 xüsusi texnika Ukrayna ordusu tərəfindən məhv edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR