Ukraynada AES-də son vəziyyət AÇIQLANDI / Rusiya-Ukrayna savaşı
Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.
APA TV-nin UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.
Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də, Bakı vaxtı ilə 08.20 də söndürülüb. Ölən və xəsarət alan yoxdur.
Yeri gəlmişkən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi
Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən çox narahat olduğunu açıqlayıb.
O, Rusiya və Ukraynanı AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
“Ukraynanın baş naziri Denis Şmıqalla telefon əlaqəsi saxladım. Beynəlxalq Atom Enerjisi Agentliyi öz monitorinqini davam etdirir və Ukraynanın nüvə tənzimləyicisi və operatoru ilə sıx təmasdadır. Mən tərəflərə müraciət edirəm, AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinsinlər”, - deyə Qrossi deyib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib