Ukraynada bu şəhərlərdə intensiv atışmalar gedir
Artıq üçüncü gündür ki, Ukraynada mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər açılmayıb.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk "Telegram" hesabında bildirib.
"Bu gün, 19 apreldə, təəssüf ki, humanitar dəhlizlər yoxdur. Donbasda intensiv atışmalar davam edir. Mariupolda ruslar Berdyansk istiqamətində mülki şəxslər üçün dəhliz verməkdən imtina edir. Biz Xerson və Xarkov vilayətlərində humanitar dəhlizlərin açılması ilə bağlı çətin danışıqları davam etdiririk", - deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu