Ukraynada döyüşən azərbaycanlı bacılar kimdir? - Ataları Nizami Rayonunda icra başçısı olub

# 13:55
13 aprel 2022

Ukraynanın paytaxtı Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. 
Bacılarla bağlı yerli mətbuatda yayılan xəbərlərdə deyilir ki, onlar övladlarını Azərbayacana aparıb qoyduqdan sonra yenidən cəbhəyə qayıdıb, ən gərgin nöqtələrdə xidmətlərinə davam ediblər.
Tibb təhsili almış bacılar bir müddət öncə NATO-nun təlimlərində də iştirak ediblər.
Leyla Muxtarova və Dərya Hüseynova 1990-cı illərin əvvələrində Bakının Nizami rayonunun icra başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır. Xəqani Hüseynov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 
90-cı illərin ortalarında Ukraynaya köçüb. Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR