Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edilib
15:41
10 oktyabr 2022
Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, qardaşlar Ukraynanın Donetsk şəhərində yük avtomobili ilə mal alıb qayıdarkən
əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb.
Zahid Abışov, Devran Əsgərov, APA TV