Ukraynada öldürülən jurnalistlərin sayı açıqlandı

# 15:11
25 mart 2022

Rusiya Federasiyasının hərbi əməliyyatları nəticəsində Ukraynada bir ay ərzində beş jurnalist öldürülüb, yeddisi yaralanıb, biri itkin düşüb. Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, Rusiya mediaya qarşı 148 cinayət törədib.

 

APA TV xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” hesabından məlumat verib.

 

O, Kiyevdə və paytaxt ətraflarında peşə vəzifələrini yerinə yetirərkən öldürülən jurnalistlərin adlarını da açıqlayıb. Onlar - LIVE telekanalının operatoru Yevgeni Sakun, “The New York Times” qəzetinin keçmiş müxbiri Brent Reno, “Fox News” telekanalının operatoru, Pyer Zakrjevski, “Fox News”un ərazidə konsultantı, jurnalist Aleksandra Kuvşinova, Rusiyanın “The Insider” qəzetinin jurnalisti Oksana Baulinadır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR